
Qurban Qurbanov məşhur saytın manşetində
- 18 Apr 2022 11:43
- 495
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (International Sports Press Association, AIPS) rəsmi saytı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 50 illiyi ilə bağlı xəbəri manşetdə verib.
Rekord.az-ın məlumatına görə, məqalədə qeyd edilir ki, AİPS-in Azərbaycandakı rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbərliyi Qurbanovu "Qarabağ"ın bazasında təbrik edib, ona futbolun inkişafında və Azərbaycanın beynəlxalq imicinin daha da yaxşılaşdırılmasında göstərdiyi xidmətlərə görə təşəkkür ediblər.
AİJA rəhbərlyinin Beynəlxalq Fair Play Komitəsinin prezidenti Jeno Komyutinin təbrik məktubunu yubilyara təqdim etməsi və 2022-ci il Dünya Fair Play mükafatı üçün müraciəti haqda da məlumat verilib.