"Qarabağ"ın vidalaşmaq istədiyi futbolçulardan biri də Qaspar Panaderodu.

Rekord.az xəbər verir ki. ilk yarı bitəndən sonra baş məşqçi Qurban Qurbanov futbolçu ilə görüşərək, özünə klub tapmasını deyib.

Artıq qış "transfer pəncərəsi" açılıb. Futbolçunun taleyi ilə maraqlanmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:
 

"Qasparın taleyi hələ həll olunmayıb. Onunla bağlı kluba rəsmi təklif gəlməyib. Futbolçu Bakıda deyil. Komanda tapılmasa, "Qarabağ-2" ilə hazırlıq keçəcək". ("Futbol plus")