Quliyevli “Ximki” darmadağına üzüldü
- 2022-08-27 17:30
- 298
Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Soçi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.
Ayaz da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu fasilədə əvəzlənib.
“Ximki” 7 turdan sonra 7 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.