Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında üzgüçülük üzrə Quba rayon açıq birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birincilyin açılışında Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi yolunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səslləndirilmiş və yarış qaydaları iştirakçıların diqqətinə çatdırılmışdır.

Bakı və Qubadan ümumilikdə 60 nəfərə yaxın idmançının qatıldığı yarış gərgin mübarizə şəraitində keçmişdir.

Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.