30 mart 2023-cü ik tarixdə Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında "31 Mart - Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş yeniyetmə və gənclər arasında məşqçi müəllim Emil Təhməzovun rəhbərliyi ilə taekvondo idman növü üzrə nümunəvi çıxışlar keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirin açılışında Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev ermənilərin törətdikləri vəhşiliklərdən, bu soyqırımının həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin rolundan bəhs edərək tədbir iştirakçılarına məlumat vermişdir.

İdman tədbirinin təşkilində əsas məqsəd taekvando idman növünün təbliği, əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.