
“Quba” türkiyəli basketbolçu ilə gücləndi
- 19 Fev 2025 14:15
- 184
"Quba" heyətinə türkiyəli basketbolçu qatıb.
Rekord.az xəbər verir ki, Şəhriyar Əsgərovun baş məşqçisi olduğu kollektiv Tunahan Aslantaşla anlaşıb.
O, mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.
2003-cü il təvəllüdlü türkiyəli basketbolçu artıq "Quba"nın düşərgəsinə qoşulub. O, karyerası ərzində “Samsun İlkadım”, “Bossan”, “AAF Xırdalan” və “Sərhədçi” klublarında oynayıb.