Quba - Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun təşkilatçılığı ilə Regional İnkişaf İctimai Birliyinin Quba Regional Mərkəzinin könüllülərinin Quba Olimpiya İdman Kompleksinə ekskursiyası təşkil edilib.

Rekord.az xəbər verir ki, ekskursiya zamanı Quba Olimpiya İdman Kompleksinin 2003-cü il oktyabrın 11-də istifadəyə verilməsi haqda məlumat diqqətə çatdırılıb.

16 hekatarlıq ərazidə yerləşən böyük istirahət və idman ocağı həm də geniş imkanları ilə seçilir. Burada futbol, mini-futbol, basketbol, voleybol kimi komanda idman növlərinin inkişaf etdirilməsi üçün hər bir şərait var. Kompleksdə bir çox idman yarışını da təşkil etmək üçün hər bir şərait var. 10 soyunub geyinmə, tibb məntəqəsi, komutator, mühafizə otagı, operator, texniki şöbə kimi otaqlar xidmətin səviyyəsini artırmağa kömək edir.

5100 tamaşaçı tutumu olan futbol meydançası da bu idman növününü tələblərinə uyğun bütün şəraitlə təchiz olunub. 50 metrlik üzgüçülük hovuzu da həm məşq, həm də yarışların keçirilməsinə tam yararlıdır. Burada 10 cığırlı üzmə zolağı, 1010 nəfərlik 3 tamaşaçı tribunası var.

Ekskursiyada iştirak edən gənclər yüksək əhval ruhiyyədə olduqlarını, bu cür tədbirlərin keçirilməsi gənclər üçün maraqlı və yadda qalan olduğunu vurğulamışlar.