Qol vura bilmədiyi üçün dilxordu: "Danışmaq istəmirəm"
- 06 Mar 2026 17:00
- 100
İbrahima Vadji "Turan Tovuz"a böyük ümidlərlə gətirilsə də, hələ ki, ümidləri doğurultmur.
Rekord.az xəbər verir ki, sonuncu dəfə nə vaxt qol vurduğunu heç hücumçu özü də xatırlamır.
"Kəpəz"lə dünənki kubok matçında da meydançanı qolsuz tərk etdi. Oyundan sonra da hiss olunurdu ki, çox dilxordu. Yaxınlaşıb son durumu, qol vura bilməməsi haqda bir neçə sual vermək istədik. Öncə ünsiyyətdən qaçmadı, "ingilis dilini bilirsən?" sualına da "bəli" cavabını verdi. Lakin jurnalist olduğumuzu bilən kimi, siması dəyişdi və danışmaqdan imtina edərək bizdən uzaqlaşdı. Bir qədər sonra geri qayıdanda yenə cəhd etdik və hətta media ilə hər hansı probleminin olub-olmadığını soruşduq. Lakin Vadji "problemim yoxdur, amma danışmaq istəmirəm" deyib yenidən uzaqlaşdı. Görünür hazırkı durumu və qol susqunluğu fonunda özünün də deməyə sözü yoxdur.