Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan şəhər Mədəniyyət Evində  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 31-ci ildönümü ilə əlaqədar görüş keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçiləri Elman Salmanov, Rüfət Nəzərov və uşu idman növü üzrə məşqçi müəllim, 3 qat dünya çempionu İbad Rzazadə çıxış edibər. 

Tədbirin keçirilməsində məqsəd Gənclər və İdman Nazirliyinin 31 illik fəaliyyətinin qeyd olunması və gənclərin inkişafında, idmanın təbliğində və vətənpərvərliyin aşılanmasında oynadığı rolu təşviq etməkdən ibarət olub