Qətərdə tikilən stadionlardan biri dünya çempionatından sonra söküləcək.

Rekord.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, “974” arenası müvəqqəti olaraq tikilib.

Ötən gün Meksika - Polşa matçının keçirildiyi stadion Portuqaliya - Qana, Fransa - Danimarka, Braziliya - İsveçrə, Polşa - Argentina və Serbiya - İsveçrə oyunlarını da qəbul edəcək.

974 nəqliyyat konteynerindən qurulduğu üçün stadiona bu ad verilib. Arenaya 202 milyon dollar xərclənib. Marqlıdır ki, stadionda bütün qruğular, hətta, paltardəyişmə otağı, həkimlər otağı da konteynerlərdən yığılıb.

İlk olaraq Ras Abu Aboud Stadionu kimi tanınan arena eyniadlı şəhərdə ötən il inşa edilib. “974” dünya çempionatları tarixində ilk və yeganə müvəqqəti arenadır.

Qətərdəki bütün stadionlarda kondisioner istifadə olunsa da, bu, “974”də yoxdur. Çünki arena körfəz sahilində yerləşir və orada axşamlar havalar sərin keçir. Ona görə də bu stadionda matçlar hamısı gecə saatlarında olacaq.