"Qəbələ"nin növbəti mövsüm üçün büdcəsi böyük ölçüdə bəlli olub.

Rekord.az-ın əldə etdiyi məlumata görə, komanda növbəti mövsüm yaşayacaq.

Artıq klubun sponsorları "Jale" və "Mila" şirkətləri bununla bağlı ilkin razılıqlarını veriblər. Lakin bir məsələ var ki, sözügedən şirkətlər böyük büdcə vəd verməyib. İkisi birlikdə maksimum 300 min manatlıq büdcəyə gücləri çatdığını bildirib. Əgər AFFA-dan əlavə dəstək olmasa, komanda bu büdcə ilə ən pis halda öz akademiyasının yetirmələri ilə mübarizə aparacaq.