
"Qəbələ"nin Semih Şentürkü
- 07 Dek 2022 13:43
- 448
"Qəbələ"nin futbolçusu Ülvi İsgəndərov daha çox oyuna ikinci hissədə daxil olub qol vurması ilə yadda qalır.
Rekord.az xəbər verir ki, onun bu bacarığı xroniki hal aldığı üçün komanda yoldaşları Ülviyə maraqlı ləqəb də veriblər - "Qəbələ"nin Semih Şentürk"ü.
Maraq üçün qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü olan Semih də məhz daha çox sonradan oyuna daxil olub fərqlənməsi ilə seçilirdi.