Sabah Premyer Liqada 4-cü tura yekun vurulacaq.

Rekord.az xəbər verir ki, günün yeganə matçında çempionatın liderləri üz-üzə gələcək.

İlk üç turda xal itkisi ilə üzləşməyən “Qəbələ” və “Sabah” “qırmızı-qaralar”ın meydanında qarşılaşacaq.

Qəbələ şəhər stadionundakı görüş iki komanda arasında 20-ci matç olacaq. İndiyədək rəqiblər ümumilikdə 19 dəfə görüşüb. Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 dəfə rəqibini məğlub edən “Qəbələ” 3 dəfə heç-heçə edib və 7 görüşdə uduzub. Rəqib qapısına 23 qol vuran “Qəbələ” futbolçuları eyni sayda top buraxıblar. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox - hərəyə 3 qol vurublar.

İndiyədək keçirilən 19 matçdan 15-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 7 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 15:21.

“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 3 heç-heçəsi olan bu komanda 2 matçda məğlub olub. Bu oyunlarda 14 qola sevinən “Qəbələ” futbolçuları 13 top buraxıb.

Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 20:30-da başlayacaq.