“Qəbələ”nin məşqçisinə 5 oyunluq cəza
- 24 May 2024 17:00
- 216
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
Region Liqasının “Göyəzən” PFK – “Ümid” FK (Saatlı) oyununda “Göyəzən”in futbolçusu Məhərrəm Hacıyev qarşılaşmanın 89-cu dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb. “Ümid”in futbolçusu Fərid Mürsəlov qarşılaşmanın 89-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb.
U-17 Liqasının “Araz Naxçıvan” PFK – “European Football Academy” oyununda “Araz Naxçıvan”ın futbolçusu Kazım Zülfüqarlı qarşılaşmanın 90+cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb.
U-15 Liqasının “Qəbələ” İK – “Sumqayıt” FK oyununda “Qəbələ”nin baş məşqçisi Şəhruz Mustafayev qarşılaşmanın 72-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.
U-15 Liqasının “Qəbələ” İK – “Sumqayıt” FK oyununda “Qəbələ”nin bir qrup azarkeşi meydana daxil olaraq qarşılaşmanın 74-cü dəqiqəsində rəqib komandanın oyunçularını təhqir etmələri və onlara fiziki təzyiq göstərməyə cəhd etdiklərinə görə “Qəbələ” İK komandasına xəbərdarlıq edilib. “Qəbələ” növbəti ev oyunu azarkeşsiz keçirəcək. “Qəbələ”nin futbolçusu Əli Nəcəfov hakimləri və rəqib komandanın oyunçularını təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb.
U-13 Liqasının “Amasiya” FK – “Araz Naxçıvan” PFK oyununda “Araz Naxçıvan”ın baş məşqçisi İntiqam Rəhimov qarşılaşmanın 45-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.
AHFF-nin birinciliyinin 4-cü turu çərçivəsində keçirilən “City Baku” FK – “Ramana” FK-2 oyununun 67-ci dəqiqəsində “Ramana” FK-2 komandası əvəzetmə limitini pozduğuna görə “Ramana” FK-2 komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.