
"Qəbələ"nin hazırlıq planı məlum oldu: əvvəl Qəbələ, sonra Türkiyə
- 06 İyn 2022 10:00
- 705
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Qəbələ"nin yay hazırlıq planı məlum olub.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi iyunun 15-də bir araya gələcək.
Bu və hazırlığın sonrakı gedişi barədə klunun meneceri Nail Kərimov saytımıza açıqlamasında bildirib: "İyunun 15-də Qəbələdə toplanışa start verməyi düşünürük. Hazırlığın ikinci mərhələsinin Türkiyədə keçmək istəyirik. Planlarımız alınsa Türkiyə toplanışını 10 günlük nəzərdə tutmuşuq. Hazırlığın ondan sonrakı hissəsi isə Konfrans Liqasının püşkündən, ilk oyunun evdə, yoxsa səfərdə keçirilməsindən asılı olacaq".