“Zirə”nin transferə çıxardığı Təmkin Xəlilzadə ilə İlkin Muradov hələ də əvəzedici komandanın məşqlərində iştirak edir.

Buna səbəb sözügedən futbolçuların Premyer Liqa klublarına lazım olmamasıdır.

Konkretləşdirsək, “Qarabağ”, “Neftçi” və “Sabah” kimi iddialılar intizamsız davranışları ilə tanınan oyunçulara qucaq açmaq istəmir.

“Kəpəz” və “Şamaxı” kimi imkansızlar isə Xəlilzadə ilə Muradovun maliyyə şərtlərini qarşılaşamaq gücündə deyil.

Ümid avrokubok iddiasını ortaya qoyan və heyəti gücləndirmək baxımından fəallığı ilə seçilən “Qəbələ”yə idi ki, bölgə təmsilçisi də Təmkinlə İlkinin xidmətinə ehtiyac duymur.

Rekord.az xəbər verir ki, “Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev sportinfo.az-a açıqlamasında məsələ ilə bağlı qısa danışıb:

“Adlarını çəkdiyiniz futbolçularla danışığımız olmayıb. Yeni mövsümün startı ilə bağlı transfer çalışmalarımızı başa vurmuşuq”.

Təmkin Xəlilzadə ilə İlkin Muradov Premyer Liqanın 2-ci turunun “Sabah”la oyunundan sonra baş məşqçi Rəşad Sadıqovun istəyinə uyğun olaraq transferə çıxarılıb.