021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK növbəti futbolçunun keçidini reallaşdırıb.

Rekord.az xəbər verir ki, sözügedən klub son mövsümü “Qəbələ”də keçirmiş qapıçı Tərlan Əhmədlini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Tərlan “Sumqayıt”da “1” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2012-2017-ci illər arasında da “Sumqayıt”da çıxış etmiş Tərlan Əhmədli bu dönəmdə ümumilikdə 11 oyun keçirib. Qapıçı son klubu “Qəbələ” ilə yanaşı (14 oyun) “Rəvan”, “Xəzər Bakı” və “Sabah” klublarının da uğurları üçün çalışıb. Tərlan Azərbaycanın U-21 və U-23 millilərinə də dəvət alıb.

“Sumqayıt” daha öncə “Qəbələ”dən Yusif Nəbiyevi də transfer etmişdi. Sözügedən klub bu yay Xəzər Mahmudov və Eltun Turabovu da heyətinə qatıb.