"Qəbələ"dən getmək istəyir
- 2022-12-07 13:00
- 568
"Qəbələ"nin iordaniyalı futbolçusu Ömər Hanıi ilə bağlı maraqlı məlumat almışıq.
Rekord.az-a ötürülən məlumata görə, futbolçu komandasındakı durumundan razı deyil və buna görə buradan ayrılmaq istəyir.
Son zamanlar gözdən itməsi, az-az oynaması da bununla bağlıdır. Lakin müqaviləsi olduğu üçün ya hansısa kluba icarəyə getməli, ya da "Qəbələ"yə cibindən təzminat haqqı ödəyib azad agent statusu almalıdır.