Qəbələ atıcılıq klubunda III MDB Oyunlarına hazırlıq məqsədi ilə stend atıcılığı üzrə turnir keçirilib.


Rekord.az xəbər verir ki, yarış III MDB Oyunlarının təşkilat komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyası tərəfindən təşkil olunub.


Turnirdə Azərbaycan millisinin tərkibində olan 24 idmançı iştirak edib. Atıcılar dairəvi stend, səngər stendi və solo hərəkəti növləri üzrə mübarizə aparıblar.


Yarışın sonunda qalib idmançılar diplomlarla təltif ediliblər.


Qeyd edək ki, stend atıcılığı üzrə yarışlar 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Qəbələ atıcılıq klubunda keçiriləcək.