"Jale" firmasının sayəsində "Qəbələ" ayaqda qalacaq və yaşayacaq.


Lakin Rekord.az-a daxil olan məlumata görə bütün bunlara baxmayaraq klubun büdcəsində artım olmayacaq.


Yəni qış transfer pəncərəsində ciddi transferlər nəzərdə tutulmayıb. Əsas hədəf ilk növbədə əldə olan futbolçuları heyətdə saxlamaqdır.


Qeyd edək ki, əsas heyət üzvlərindən David Volkov artıq "Zirə"yə keçib. Yeni gələn İbrahim Niasse də getmək üzrədir.