“Qəbələ”də 25-ci qol, Premyer Liqada 4-cü het-trik
- 14:00
- 29
Misli Premyer Liqasının 18-ci turunda keçirilən “Qəbələ” – “İmişli” oyunu Domi Massoumounun het-triki ilə əlamətdar olub.
Rekord.az xəbər verir ki, knqolu futbolçunun üç qolu “qırmızı-qaralar”a 3:2 hesablı qələbə qazandırıb.
Domi klub tarixində bir oyunda üç qol vuran 8-ci futbolçudur. Bu, Premyer Liqada “qırmızı-qaralar”ın 4-cü het-trikidir. Domiyə qədər Fərzad Hatəmi, Baqali Dabo və Bilel Auaşeriya çempionatda fərqlənmişdi.
Digər het-triiklərdən biri UEFA Avropa Liqası, üçü Azərbaycan kubokuna təsadüf edib. Teo Uiks avrokuboklarda, Vüsal Qarayev, Filip Ozobiç və Prins Ovusu kubokda het-trik müəllifi olub. Ümumilikdə isə het-triklərdən 6-sı ev, 2-si səfər matçında qeydə alınıb.
Massoumounun “İmişli” ilə görüşdəki sonuncu qolu həm də yubiley xarakteri daşıyıb. Konqolu “Qəbələ”nin heyətində bütün turnirlər nəzərə alınmaqla ümumilikdə 25-ci qoluna imza atıb.
Domi Premyer Liqada 6, Azərbaycan kubokunda 3, 1-ci Liqada 16 dəfə fərqlənib. “Qəbələ”də 48 oyun keçirən legioner klub tarixinin bombardirləri siyahısında 4-cü yerə şərikdir.
“Qəbələ”nin futbolçularının aktivində bir penta-trik və bir poker də var. Rövşən Əhmədov birinci dəstədə 5, Vitali Balamestnı Premyer Liqada 4 qol vurmağı bacarıb.
Bütün het-triklər:
Vüsal Qarayev – 10.10.2006. Azərbaycan kuboku. “Gilan” – “Şahdağ” (Quba) – 6:0
Farzad Hatəmi – 17.08.2008. Premyer Liqa. MOİK – “Qəbələ” – 0:3
Teo Uiks – 30.06.2016. Avropa Liqası. “Qəbələ” – “Samtredia” – 5:1
Baqali Dabo – 10.09.2016. Premyer Liqa. “Neftçi” – “Qəbələ” – 0:8
Filip Ozobiç – 29.11.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Mil-Muğan” – 8:0
Bilel Auaşeriya – 25.11.2023. Premyer Liqa. “Qəbələ” – “Turan Tovuz” – 4:0
Prins Ovusu – 29.10.2025. Azərbaycan kuboku. “Qəbələ” – “Mingəçevir” – 5:1
Domi Massoumou – 30.01.2026. Premyer Liqa. “Qəbələ” – “İmişli” – 3:2