
“Qəbələ” Nicat üçün “Sabah”la danışıqlar aparacaq
- 21 Fev 2022 17:00
- 825
Cari mövsüm özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri də Nicat Mehbalıyevdi.
Rekord.az xəbər verir ki, “Qəbələ”nin “Sabah”dan icarəyə götürdüyü əlcək sahibi hazırda çempionatın ən yaxşı qapıçılarından biridir.
“Qəbələ”də əsas heyətin daimi üzvünə çevirilən qapıçının yaydakı taleyi hələlik naməlumdur. Çünki Murad Musayevin Nicatın xidmətində maraqlı olub-olmayacağı məlum deyil. Lakin əldə etdiyimiz məlumata görə, “Qəbələ” Nicatın ya tam transferi, ya da icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı “Sabah”la danışıq aparmaq niyyətindədir. Yəni Elmar Baxşıyev Nicatın komandada qalmasını çox istəyir. Lakin təbii ki, hər şey “Sabah”ın mövqeyindən asılı olacaq.