
"Qəbələ" Futbol Akademiyasının "nisyə dəftəri"
- 15:00
- 99
"Qəbələ" Futbol Akademiyasının yataqxanasının fəaliyyətini dayandırması, digər bölgələrdən gələn uşaqları geri göndərməsi xeyli müddətdir ki, müzakirə olunur.
Rekord.az xəbər verir ki, rəhbərlik maddi sıxıntı səbəbindən bu addımı atmağa məcbur olub.
Klubun maliyy dayaqları əvvəlki kimi güclü deyil. Dövlətin ayırdığı 2.5 milyon manat isə heç əsas komanda üçün yetərli deyil. Belə vəziyyətdə akademiyanın saxlanılması, orda qalan uşaqların qalmaq və yemək xərclərini qarşılamaq xeyli çətindi. Hətta əldə etdiyimiz məlumata görə, son zamanlar akademiyanın uşaqları üçün ərzaq məhsulları da nisyə götürülürdü. Xüsusilə ət mağazalarına böyük borc yığılıb. Qısa desək, "nisyə dəfrəri" dolub-daşır. Bu şərtlər altında akademiyanın fəaliyyəti rəhbərlik tərəfindən məqbul sayılmayıb.