Bir müddət bundan əvvəl mətbuatda "Qəbələ" Futbol Akademiyasının fəaliyyətini dayandıracağına dair məlumat getdi.

Rekord.az xəbər verir ki, buna səbəb maliyyə problemidir.

Buna görə də, akademiya fəaliyyətini dayandıraraq, yalnız uşaq komandaları kimi fəaliyyət göstərəcəkdi. Lakin aldığımız son məlumata görə, məsələdə müsbət irəliləyiş var. Belə ki, dövlətdən klublara ayrılacaq vəsait hesabına "Qəbələ" rəhbərliyi akademiyanı ayaqda tuta biləcək. Artıq bununla bağlı AFFA ilə ilk söhbət olub və vəd verilib.