"Qəbələ" rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatacaq baş məşqçi Elmar Baxşıyevə yeni müqavilə təklif edib.

Rekord.az-a daxil olan məlumata görə, Baxşıyev hazırklı klubunda qalmağın əlehinə olmasa da, rəhbərliklə bəzi məsələri müzakirə etmək istəyir.

Daxil olan məlumata görə, əsas məsələ növbəti mövsümün büdcəsi ilə bağlıdır. Baxşıyev ilk növbədə büdcəni bilib ona uyğun qərar vermək istəyir. Çünki "Qəbələ"nin böyük büdcəsi yoxdur və rəhbərlik gələn mövsüm üçün AFFA-dan ayrılan vəsaitin artırılmasını istəyir. Lakin federasiya hələlik klubun bu istəyinə müsbət cavab verməyib.