
“Qəbələ” aparıcı legionerləri ilə danışıqlara başlayır
- 19 Fev 2022 12:00
- 700
“Qəbələ”nin növbəti mövsümlə bağlı büdcəsinin necə olacağı hələlik bilinmir.
Rekord.az xəbər verir ki, bütün suallara maydan sonra aydınlıq gələcək.
Yalnız o zaman məlum olacaq ki, büdcəəd artım olacaq, ya yox. Bununla belə, əldə etdiyimiz məlumata görə, rəhbərlik indidən bəzi aparıcı legionerlərlə danışıqlara başlayıb. Onların gələn mövsüm də komandada qalmasını təmin etmək üçün. Güman ki, büdcədə artım olsa, həmin futbolçuların maaşlarında da artım olacaq.