“Hazırlıqlar məşqçilər korpusunun göstərişlərilə normal gedir. Məşq prossesində böyük dəyişiklik yoxdur".

Rekord.az xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin qapıçısı İqor Şatskiy Millətlər Liqasının Azərbaycanla oyunu barədə danışarkən deyib.

"İlk üç gündə funksional olaraq hazırlıqlar getdi ki, qarşıdakı qısa tsikldə fiziki cəhətdən tam hazır olaq. Hər bir rəqibə hörmətlə yanaşırıq. Hardasa ehtiyat da edirik. Amma hər şey plana uyğun gedir. Məşqçilər korpusu bizi oyunlara yaxşı hazırlaşdırır. Ümidvaram ki, hər şey yaxşı alınacaq”.

Qeyd edək ki, iyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.