
Qazaxda yeniyetmələr arasında kros qaçışı üzrə rayon turniri keçirilib
- 04 İyn 2025 11:30
- 58
Mayın 30-da Qazax Olimpiya İdman Kompleksində yeniyetmələr arasında kros qaçışı üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarışda 2010-2011-ci il təvəllüdlü yeniyetmələr 3 km, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr isə 2 km məsafəyə qaçışda qüvvələrini sınayıblar.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında Pirizadə Cahangir I yeri, Həsənli Məhəmməd II yeri, Musazadə Eyyub III yeri tutub. 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında I yerə Adıgözəlov Hüseyn, II yerə Musazadə Teyyub, III yerə Məmmədov Məhəd layiq görülüb. Qalib idmançılar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunublar. Yarışda ümumilikdə 53 nəfər idmançı iştirak edib.