
Qazaxda üzgüçülük yarışı keçirilib
- 10:30
- 46
Qazax Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr arasında üzgüçülük üzrə rayon turniri təşkil olunub.
Rekord.az xəbər verir ki, yarışı açıq elan edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Anar İbrahimov iştirakçıları salamlayaraq turnirin əhəmiyyətindən danışıb.
Turnirdə 24 yeniyetmə oğlan mübarizə aparıb. Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar.