Qax rayonunda şəhidlərin əziz xatirəsinə həsr olunan yeniyetmələr arasında  sərbəst güləş idman növü üzrə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarələsinin nəzdində fəaliyyət göstərən UGİM-lərin daxili birinciliyi keçirilib 🗓 Yarış  22-23  iyun 2025-ci il tarixlərində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə  Qax rayon Şotavar kənd tam orta məktəbində təşkil olunub.

Rekord.az xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, idman mütəxəssisləri, şəhid ailələri və Vətən Müharibəsi qaziləri iştirak etmişdir.

4 rayondan müxtəlif çəki dərəcələri üzrə 100 nəfər yeniyetmə idmançının iştirak etdiyi yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni oxunub və Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərin əziz xatirəsi yad edilib. Açılış mərasimində çıxış edən Şəki-Zaqatala Regional Gənclər və İdman  İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov rayon idmançılarının son dövrlərdə əldə etdiyi nəaliyyətlərdən bəhs edərək belə idman tədbirlərinin tez-tez təşkil olunmasının idmanın inkişafında və idman kütləviliyinin artırılmasında mühüm rol oynadığını  vurğulayıb. Yarışda musiqili qonaqları və İnci İncəsənət Kursunun rəqs qrupunun tələbələri öz ifa və rəqslərini nümayiş etdirmişlər.  Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları, medallar və hədiyyələrlə təltif olunmuşdur. Yarışın keçirilməsinin əsas məqsədi  şəhidlərimizin əziz xatirəsini yad etmək, gənclər və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək,istedadlı yeniyetmələri üzə çıxarmaq və idmanın kütləviliyinə nail olmaqdır.