Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi 41 ünvanında yerləşən Abad məhəllədə "Ümummilli Lider Heydər Əliyev ili"nə həsr olunmuş Qaradağ rayonu məktəbliləri arasında mini-futbol, şahmat və turnikdə dartınma üzrə turnir keçirilib. 

Rekord.az xəbər verir ki, yarışlarda 100-dən çox məktəbli öz qüvvəsini sınayıb.

Yarışların nəticələrinə əsasən qaliblər mükafatlandırılıb.