
“Qaradağ Lökbatan” Premyer Liqada oynamaq istəmir
- 19 Fev 2022 15:00
- 1152
Bildiyiniz kimi, Elxan Məmmədov növbəti mövsümdən Premyer Liqada 10 komandanın oynayacağına dair açıqlama verib. Təbii ki, bunun üçün ilk növbədə lisenziyalaşdırma qaydalarına əməl edilməli, bütün şərtlər yerinə gətirilməlidir. Reqlamentə görə, ilk növbədə I Divizionda lider olan komandalara diqqət edilməlidir ki, bizdə də hazırda divizionun lideri “Qaradağ Lökbatan”dı.
Lakin Rekord.az-a daxil olan məlumata görə, Lökbatan təmsilçisinin elitada oynamaq niyyəti yoxdur.
Hər halda, belə olsaydı lisenziyalaşdırma ilə bağlı aktiv hərəkətə keçərdilər. Həm komandanın maddi durumu da buna imkan vermir. Çünki AFFA elitada oynamaq üçün ən azı 2 milyon manatlıq büdcənin olmasını xüsusi qeyd edib. Bu gün isə “Qaradağ Lökbatan”ın heç bunun ¼ qədər də büdcəsi yoxdur. Görünür buna görə rəhbərlik lisenziyalaşdırma məsələsində canfəşanlıq göstərmir.