Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un qapıçısı Tomaş Vatslik açıqlama verib.

Rekord.az xəbər verir ki, şəxsi "feysbuk" səhifəsində paylaşım edən çexiyalı qolkiper Azərbaycan təmsilçisi ilə qarşılaşmaq istəmədiyini deyib:

"Düzünü deyim ki, Avropa Liqası xəyalımızdakı turnir deyildi. Amma təsnifat mərhələsi oyunlarında yaşadıqlarımızdan sonra xoşbəxt olmalıyıq.

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen) ilə oyununu izləmişəm. Bu rəqiblə qarşılaşmaq istəmirdim".

"Olimpiakos" Avropa Liqasının G qrupunda "Qarabağ", "Frayburq" və "Nant"la mübarizə aparacaq.

Yunanıstan klubu Ağdam təmsilçisi ilə ilk matçını oktyabrın 6-da evdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.