Çexiyanın “Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Rekord.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Təsnifat mərhələsinin oyunlarını əla keçirdik. Altı oyundan beşini qələbə ilə başa vurduq, birində heç-heçə etdik. Bu oyun heç də asan keçmədi. Təəssüf ki, matçın əvvəlində qol imkanını əldən verdik, sonra isə öz qapımızdan top buraxdıq. Komanda ruhdan düşmədi, bunu çox yüksək qiymətləndirirəm. Bu, böyük uğurdur. İstədiyimizə nail olduq. Plzendə Çempionlar Liqası olacaq, bu böyük uğurdur".

Onun sözlərinə görə, "Viktoriya" heç vaxt təslim olmayan döyüşçülərdən ibarətdir: "Bu kollektivə başçılıq etdiyim qürur duyuram. Çempionlar Liqasında oynamaq bizim haqqımızdır. Titul qazananda böyük nailiyyət olur. Qrupa düşmək də buna bərabərdir. Bu, ürəyi isidir, əla hisslərdir. Fanatlar möhtəşəm ab-hava yaratmışdılar və onların qarşısında oynamaq xoş idi. Uzun-uzadı bayram etməyə vaxt yoxdur. Şənbə günü bizi daha bir çətin oyun gözləyir. Əvvəl də dediyim kimi, biz yerli çempionata da avrokuboklar kimi ciddi yanaşırıq".

Bilek qələbə qolunun müəllifi olan Yan Kliment haqqında da fikirlərini bölüşüb: "İkinci hissədə iki hücumçu ilə oynamağa başladıq. Kliment hərəkəti hesabına oyunumuzu irəli aparırdı. O, lazım olan yerlərdə olurdu və sonda qərarını verdi. Meydana nəyə görə çıxdığını bu cür göstərdi".