
“Qarabağ”ın zədəli futbolçusu: “Qayıdıram”
- 02 Sen 2022 18:14
- 409
UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” (2:2) matçında zədələnərək meydandan çıxan Kevin Medina hələ də Ağdam klubuna kömək edə bilmir.
Rekord.az xəbər verir ki, Almaniyada əməliyyat edilən və Portuqaliyada bərpa prosesi keçən müdafiəçinin bu ay komandaya qoşulacağı ehtimal edilir.
Medina “İnstagram” hesabında paylaşım edərək, bu sözləri yazıb:
“İ am coming back” (“Geri qayıdıram”).