
“Qarabağ”ın üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirildi
- 08 Apr 2022 15:30
- 435
“Qarabağ”ın əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Rekord.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminarda danışılmış oyunlara qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə edilib, təcrübə mübadiləsi aparılıb.