“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia Azərbaycana geri qayıtmayıb.


Rekord.az xəbər verir ki, əlcəzairli futbolçuya Azərbaycanın Premyer Liqa klublarından təklif olsa da, o, Tailanda yollanıb.


Yarımmüdafiəçi “Buriram Yunayted”lə anlaşıb. O, mövsümün sonuna qədər bu komandada oynayacaq.


Benzia Azərbaycana yalnız “Qarabağ”a görə geri qayıdacağını açıqlamışdı.