“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u futbolçusu Kostas Fortunis ilə müqavilənin müddətini uzadıb. 

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. 

Kostas Fortunis 2014-cü ildən “Olimpiakos”da çıxış edir. O, daha öncə “Trikala”, “Asteras” (Tripolis) və “Kayzerslautern” klublarının da formasını geyinib. Yunanıstan yığmasında 54 oyun keçirmiş vinger, 9 qola imza atıb.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-də səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakı keçirəcək.