“Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya "Frayburq"u qapıçısı Noa Atubolu ilə müqaviləni uzadıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı qolkiperlə imzalanmış yeni sözləşmənin detalları açıqlanmayıb.

Almaniyalı çərçivə qoruyucusu ölkəsinin U-21 yığmasının da formasını geyinir.

Xatırladaq ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında 6-cı tur matçı noyabrın 3-də Bakıda olacaq.