Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali Makedoniyanın "Sileks" klubunun Bakıya gələcəyi tarix müəyyənləşib.

Rekord.az "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, Kratovo təmsilçisi Azərbaycan paytaxtına avqustun 17-də səhər saatlarında çarter reysi ilə uçacaq.

Həmin gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi məşqə çıxacaq komanda qarşılaşmadan dərhal sonra Şimali Makedoniyaya qayıdacaq.

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına stadionda keçiriləcək "Qarabağ" - "Sileks" oyununa saat 20:00-da start veriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.