
“Qarabağ”ın rəqibi 5 cavabsız qolla mərhələ adladı
- 10 Noy 2022 16:00
- 485
Futbol üzrə Belçika kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" də növbəti matçına çıxıb.
Aşağı liqa təmsilçisi "Dessel"lə qarşılaşan komanda 5 cavabsız qolla qalib gələrək 1/8 finala yüksəlib.
"Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.