“Qarabağ”ın Premyer Liqanın 23-cü turu çərçivəsində keçiriləcək "Araz-Naxçıvan"la oyununun biletləri sabah saat 13:00-dan etibarən satışda olacaq


Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. 


Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.


Biletlər sabah saat 13:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.


Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.