
"Qarabağ"ın legionerləri Tovuzda nəyə təəccüblənib?
- 10 Noy 2022 15:00
- 569
Dünən keçirilən "Turan Tovuz" - "Qarabağ"matçı bir sıra məqamlarla yadda qallb.
Rekord.az xəbər verir ki, belə məqamlardan biri də yerli publikanın qonaqlara qarşı hədsiz isti münasibəti olub.
Tovuzlu azarkeşlər Qurban Qurbanovu, onun futbolçularını alqışlarla qarşılayıb və alqışlarla yola salıb. Bu durum Ağdam klubunun legionerlərini də yaxşı mənada təəccübləndirib. Xüsusilə Kadiyə qarşı mübasibət, bütün stadionun onu alqışlaması sözügedən futbolçunu heyrətləndirib. Rəqib azarkeşlər tərəfindən alqışlanan futbolçu da öz növbəsində onlara təşəkkürlü alqışla qarşılıq verib.