“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Monteneqro millisinə dəvət alıb.

Rekord.az xəbər verir ki, o, UEFA Millətlər Liqasında Rumıniya, Finlandiya və Bosniya və Herseqovinaya qarşı keçirəcəkləri oyunlarda iştirak hüququ qazanıb.

Monteneqro yığması B Liqasında, 3-cü qrupda yer alıb. Sözügedən komanda iyunun 4-də Rumıniyanı qəbul edəcək, ayın 7-də isə Finlandiyanın qonağı olacaq. İyunun 11-də isə Veşoviçin komandası doğma meydanda Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.