
“Qarabağ”ın legioneri derbidə sıradan çıxdı
- 02 Dek 2022 23:21
- 560
“Qarabağ”ın futbolçusu Kevin Medina zədələnib.
Rekord.az xəbər verir ki, 29 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan “Neftçi” ilə səfər oyununda sıradan çıxıb.
Matçı davam etdirə bilməyən futbolçunun yerinə meydana 80-ci dəqiqədə Bədavi Hüseynov daxil olub.
“Qarabağ” bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.