“Çerno More” 2020-ci il ərzində futbolçu satışından qazanılan məbləği açıqlayıb.

Rekord.az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, Varna təmsilçisi ötən il 5 milyon levi (təxminən 5,3 milyon manat) gəlir əldə edib.

Satılan oyunçular arasında “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade də olub.

Kabo verdeli orta sahə oyunçusunun ötən ilin avqustunda Split “Hayduk”undan da təklif aldığı vurğulanıb. Lakin Patrik “Qarabağ”a keçməyi üstün tutub ki, bu, “Çerno More”nin büdcəsinə pul gətirib.

Ancaq transferin məbləği açıqlanmayıb. Andradenin “Qarabağ”la müqavilə müddəti gələn ilin yayına qədərdir.