
“Qarabağ”ın anlaşa bilmədiyi hücumçu hansı ölkədən olub? ÖZƏL!
- 02 Sen 2022 13:00
- 1205
Dünən “Kəpəz”lə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirdi ki, son ana qədər bir futbolçu ilə danışıq aparıblar, lakin son anda anlaşa bilməyiblər.
Rekord.az xəbər verir ki, anlaşma əldə edilməyən futbolçu hücumçu olub, özü də İspaniyadan.
Həmin futbolçu il əvvəl “Qarabağ”a başqa məbləğ deyib, lakin danışıqlar müsbətı doğru yön aldığı vaxtda fikrini dəyişərək qiymətini qaldırıb. Onun istədiyi məbləğ isə “Qarabağ”ın transfer siyasəti və futbolçular arasındakı maaş balansı ilə üst-üstə düşmədiyi üçün imtina edilib.