Bu gün Misli Premyer Liqasında 19-cu tura yekun vurulacaq.


Rekord.az xəbər verir ki, son gündə əvvəlcə “Şamaxı” evdə “Qarabağ”la qarşılaşıb. Bu oyun Ağdam təmsilçisinin əzmkar qələbəsiylə yekunlaşıb.


Turun son oyunu isə “Neftçi” ilə “Qəbələ” arasında keçiriləcək.


Turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a (4:1), “Turan Tovuz” “Karvan”a (1:0) qalib gəlib, “Sumqayıt” “Zirə”yə məğlub olub – 2:3. “İmişli” – “Kəpəz” matçında isə qalib müəyyənləşməyib – 0:0.


Misli Premyer Liqası

19-cu tur

10 fevral


“Şamaxı” – “Qarabağ” 1:2

Qollar: Oruc Məmmədov, 14 – Xoni Montiel, 18. Kamilo Duran, 90+4.

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.

Şamaxı şəhər stadionu, 14:50.


Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkovyanu, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 90. Davud Mənsumov, 19. Abdullahi Şuaybu.

Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.

Baş məşqçi: Qurban Qurbanov.