“Qarabağ” klubunda bu gün dietoloq təyinatı olub.

Rekord.az xəbər verir ki, bu vəzifəyə İlqar Şamilov təyin olunub. 

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, dietoloq Dr. İlqar Şamilov Türkiyənin İstanbul Yeditepe Universitetində “Beslenme ve Diyetetik” ixtisası üzrə elmi işini müdafiə edərək dietologiya ixtisası üzrə Türkiyədə təhsil almış Azərbaycanın ilk uzman dietoloq ünvanına sahibdir.