Bəhlul Mustafazadə böyük ehtimalla "Qarabağ"da qalacaq.

Rekord.az xəbər verir ki, kluba yaxın mənbələrdən gələn son məlumatlar bu yöndədir.

Futbolçunun Ağdam klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. Başqa klubdan isə hansısa ciddi təklif yoxdur. Lakin bir məsələ var ki, "Qarabağ"da qalsa belə, yeni mövsümdən onun əsas heyətdə oynayacağına zəmanət yoxdur. Çünki "Qarabağ" hazırda bir neçə mövqeyə təcrübəli legioner futbolçy axtarır ki, həmin mövqeylərdən biri də müdafiənin mərkəzidir.